İsrail intensiv hava hücumlarını davam etdirir

İsrailin Qəzzanın müxtəlif bölgələrini hədəf alan son hücumlarında 53 fələstinli ölüb, onlarla insan yaralanıb.

2050182
İsrail intensiv hava hücumlarını davam etdirir

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində hücumları davam edir. Bir uşaq da daxil olmaqla daha dörd fələstinli həyatını itirib.
Səhiyyə və təhlükəsizlik mənbələrindən alınan məlumata görə, İsrail ordusu Qəzzanın müxtəlif bölgələrinə “xəbərdarlıq etmədən” intensiv hava hücumları həyata keçirib.

İlkin hesablamalara görə, yaşayış məntəqələrini hədəf alan hücumlarda 53 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

Mənbələr uçan evlərin dağıntıları altında hələ də çoxlu insanın olduğunu qeyd edib.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İordan çayının qərb sahilindəki Qalkilya şəhərinin Ceyus qəsəbəsindən Muhtedi Məcid Səlim adlı 17 yaşlı fələstinlinin və Nəbi İlyas qəsəbəsindən Samir Səid Rıdvan adlı gəncin İsrail əsgərləri tərəfindən açılan atəş nəticəsində həyatını itirdiyi bildirilib. 

Açıqlamada İsrail əsgərlərinin Ramallahda açdığı atəş nəticəsində ağır yaralanan Süleyman Feridin də həyatını itirdiyi qeyd olunub.

Nazirlik məlumatlarına görə, son hadisə ilə 7 oktyabrdan bəri İsrail qüvvələrinin İordan çayının qərb sahilində açdığı atəş nəticəsində ölən fələstinlilərin sayı 36-ya, yaralıların sayı isə 650-yə yüksəlib.

Qeyd edək ki, "Həmas"ın hərbi qanadı İzzəddin Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma başlayıb.

Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez sərhəd-keçid məntəqəsinə basqın edərək ələ keçirib.

Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.

Qəzzadan həyata keçirilən hücumlarda 1300 israillinin həyatını itirdiyi, 3300 israillinin isə yaralandığı bildirilib.

Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları zamanı Qəzzada 500-ü uşaq, 276-sı qadın olmaqla 1537 nəfərin həyatını itirdiyini, 6612 nəfərin isə yaralandığını açıqlayıb.

İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 32 fələstinlinin öldüyü, təxminən 600 nəfərin yaralandığı da bildirilib.



Әlaqәli Xәbәrlәr