“X” “Həmas”la əlaqəli yüzlərlə hesabı bağladı

“X”də paylaşdığı açıqlamada Yakkarino bildirib ...

2050087
“X” “Həmas”la əlaqəli yüzlərlə hesabı bağladı

 

  “X” sosial media platformasının icraçı direktoru (CEO) Linda Yakkarino “Həmas”la əlaqəli yüzlərlə hesabın bağlandığını açıqladı.

  “X”də paylaşdığı açıqlamada Yakkarino bildirib: “Platforma İsrailin “Həmas” və Fələstin qrupları ilə qarşıdurmasında Avropa İttifaqının (Aİ) rəqəmsal qaydalarına uyğun olub-olmadığına cavab verib. Bu kontekstdə münaqişə başlanandan bu yana “Həmas”a bağlı yüzlərlə hesab müəyyən edib və platformadan silib.

  “X”də terror təşkilatları, zorakılıq və ekstremist qruplara yer yoxdur. Bu cür hesabları silməyə davam edirik”.

  Qeyd edək ki, Aİ Komissiyası son günlər “X” sosial media platformasında zorakılıq ehtiva edən qeyri-qanuni məzmun və dezinformasiyanın yayıldığını bildirib. Komissiyasının rəqəmsal xidmətlərdən məsul üzvü Thierry Breton da “Meta”nın baş icraçı direktoru (CEO) Mark Zukerberqi qanunsuz məzmun və dezinformasiya ilə mübarizə aparmağa çağırıb.



Әlaqәli Xәbәrlәr