Vladimir Putin: ''Türkiyedə qurulması planlaşdırılan təbii qaz mərkəzinә böyük maraq göstәrilir''

Rusiya prezidenti Vladimir Putin Rusiyanın paytaxtı Moskvada keçirilən ''Rusiya enerji həftəsi''nin plenar iclasında açıqlamalar verib.

2049682
Vladimir Putin: ''Türkiyedə qurulması planlaşdırılan təbii qaz mərkəzinә böyük maraq göstәrilir''

Rusiya prezidenti Vladimir Putin Türkiyədə qurulması planlaşdırılan təbii qaz mərkəzi üçün elektron platforma yaradılmasının planlaşdırıldığını ifadə edərək deyib: “Bu layihəyə türk dostlarımız, biz və Avropada Rusiya resurslarını almaq istəyən hər kəs böyük maraq göstərir''.

Rusiya prezidenti Vladimir Putin Rusiyanın paytaxtı Moskvada keçirilən ''Rusiya enerji həftəsi''nin plenar iclasında açıqlamalar verib.

Türkiyedə qurulması  planlaşdırılan təbii qaz mərkəzindən danışan Vladimir Putin Azərbaycanın da layihəyə maraq göstərdiyini bildirib.

İşlər irəlilədikcə digər ölkələrin də layihəyə qoşulmasını gözlədiklərini qeyd edən Vladimir Putin deyib: "Biz ilk növbədə Avropa qitəsinə təbii qaz ticarəti üçün elektron platforma yaratmaqdan danışırıq.Bu layihəyə türk dostlarımız, biz və Avropada Rusiya resurslarını almaq istəyən hər kəs böyük maraq göstərir''.

Vladimir Putin "Türk axını" və "Mavi axın" vasitəsilə Türkiyeyə təbii qazı səmərəli şəkildə çatdırmağa davam etdiklərini və gələcəkdə bu infrastrukturun genişləndirilə biləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr