Kanada Cənubi Amerika ölkələrindən 15 min immiqrant qəbul edəcəyini açıqlayıb

Kanada Cənubi Amerika ölkələri Kolumbiya, Haiti və Venesueladan bu ilin sonuna qədər 15 min immiqrant qəbul edəcəyini açıqlayıb.

2049590

Bu barədə Kanadanın vətəndaşlıq və immiqrasiya naziri Marc Miller məlumat verib.
Bu ölkələrdən ixtisaslı immiqrasiya statusu almaq üçün müraciət edən şəxslərin “İqtisadi hərəkətlilik yolları'' layihəsi çərçivəsində iş qabiliyyətinin qiymətləndirilməsinə məruz qalacağını qeyd edən Miller qəbul edilənlərin müxtəlif təşkilatlara göndəriləcəyini bildirdi. 
Miller qeyd edib ki, payızdan etibarən Karib hövzəsi, Mərkəzi və Cənubi Amerikada yaşayan Kolumbiya, Haiti və Venesuela vətəndaşları Kanadada yaşamaq üçün müraciət edə biləcəklər.

Әlaqәli Xәbәrlәr