Bu ölkələr İsraildəki vətəndaşlarını təxliyə etməyə başladı

İsraildəki xarici ölkə vətəndaşları təhlükəsizlik səbəbindən təxliyə edilir.

2049188
Bu ölkələr İsraildəki vətəndaşlarını təxliyə etməyə başladı

İsraildəki xarici ölkə vətəndaşları təhlükəsizlik səbəbindən təxliyə edilir.

Bir çox ölkələr öz vətəndaşlarını İsraildən çıxarmaq üçün təxliyə prosesini davam etdirir.
Almaniya öz vətəndaşlarını İsraildən təxliyə etməyə hazırlaşır. Almaniyanın ''Lufthansa'' aviaşirkətinin İsrailə 4 uçuş həyata keçirəcəyi bildirilir.
Yunanıstan İsraildəki daha 90 vətəndaşını təxliyə etdiyini açıqlayıb.
Braziliya prezidenti Lula da Silva təxliyə üçün göndərilən ilk təyyarənin Təl-Əvivə eniş etdiyini açıqlayıb.
Argentina öz vətəndaşlarının İsraildən təxliyə edilmə məsələsini nəzərdən keçirir. Argentina rəsmiləri vətəndaşlarının İsraildən təxliyə edilməsi üçün müxtəlif danışıqlar apardıqlarını bildiriblər.
Kolumbiya da vətəndaşlarını təxliyə etmək üçün İsrailə hərbi təyyarə göndərəcəyini açıqlayıb.
İtaliya öz vətəndaşlarını İsraildən çıxarmağa başlayıb və ilk mərhələdə 200 nəfər paytaxt Romaya çatıb.
Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları şənbə günü İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.



Әlaqәli Xәbәrlәr