Əbdürrəhman əl-Tani Quterreş ilə Fələstində baş verən son hadisələri müzakirə edib

Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani BMT-nin Baş katibi Antonio Quterreş ilə Fələstindəki hadisələri müzakirə edib.

2049449
Əbdürrəhman əl-Tani Quterreş ilə Fələstində baş verən son hadisələri müzakirə edib

Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə Fələstindəki hadisələri müzakirə edib.

Qətər Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, əl-Tani Quterreşlə telefon danışığı aparıb.

Telefon danışığında İsrail-Fələstin münaqişəsi ilə bağlı son inkişaflar və gərginliyin azaldılması imkanları dəyərləndirilib.

Bölgədə zorakılığın artması ilə bağlı narahatlığını ifadə edən əl-Tani gərginliyin azaldılması və humanitar yardımların çatdırılması üçün BMT və ona bağlı təşkilatlarla iş mexanizmlərinin aktivləşdirilməsinin vacibliyinə diqqət çəkib.

Əl-Tani Qətərin mülki şəxslərin hədəf alınmasını rədd etməyə davam edən mövqeyini də vurğulayıb.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə itki, minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr