Əsir götürülən israillilər haqqında açıqlama verilib

Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nəhhale əllərində 30 israilli əsirin olduğunu iddia edib.

2048060
Əsir götürülən israillilər haqqında açıqlama verilib

Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nəhhale əllərində 30 israilli əsirin olduğunu iddia edib.

Aralarında İsrail əsgərləri və məskunlaşanların da olduğu cəmi 30 israillinin İslami Cihad tərəfindən əsir götürüldüyünü bildirən ən-Nəhhale israillilərin ancaq fələstinli məhbuslarla dəyişdirilərək azad edilə biləcəyini qeyd edib.

"Həmas"-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde isə bildirib ki, briqadaya bağlı döyüşçülər Qəzza zolağı ətrafındakı yəhudi yaşayış məntəqələrindən yeni bir qrup israillini ələ keçirərək onları Qəzza zolağına aparmağa nail olublar.

Qəssam Briqadaları üzvlərinin əsir götürdükləri israillilərdən bəzilərinin İsrail qüvvələri tərəfindən öldürüldüyünü sənədləşdirdiklərini ifadə edən Əbu Ubeyde əsirlərin sayı ilə bağlı məlumat verməyib.

Qəssam Briqadaları qüvvələrinin hələ də İsraildə olduğunu və bəzi şəhərlərdə və yəhudi məskənlərində qarşıdurma yaşandığını bildirən Əbu Ubeyde İsrail sıralarında çoxlu sayda ölü və yaralı olduğunu bildirib.

Bu arada, "Həmas" İsrailin cənub bölgələrinə "Əqsa tufanı" hücumları çərçivəsində onlarla kamikadze pilotsuz təyyarə ilə İsrail hədəflərini vurduğunu açıqlayıb.

İzzəddin Qəssam Briqadaları verdiyi yazılı açıqlamada hərəkatın hava qüvvələri bölməsinin "Əqsa tufanı" hücumları çərçivəsində 35 ədəd "Zevari" tipli kamikadze pilotsuz uçuş aparatı (PUA) ilə İsrailə qarşı hücumlar təşkil etdiyini açıqlayıb.

Qəssam Briqadaları İsrailin Qəzzada dinc sakinlərə qarşı davam edən hücumlarına cavab olaraq Ben Qurion hava limanına raket hücumu həyata keçirildiyini bildirib.

Açıqlamada həmçinin "Əqsa tufanı" çərçivəsində Əskəlan şəhərinə 100 raket atıldığı qeyd olunub.



Әlaqәli Xәbәrlәr