İsak Hersoq: "Belə bir müharibə bir göz qırpımında bitməz"

İsrail prezidenti İsaak Hersoq onları çətin günlərin gözlədiyini və “çox əhatəli və geniş müharibənin bir göz qırpımında bitməyəcəyini” deyib.

2048149
İsak Hersoq: "Belə bir müharibə bir göz qırpımında bitməz"

İsrail prezidenti İsaak Hersoq onları çətin günlərin gözlədiyini və “çox əhatəli və geniş müharibənin bir göz qırpımında bitməyəcəyini” deyib.

İsak Hersoq Qəzzadan İsrailə edilən hücumlarla bağlı ictimaiyyətə müraciət edib.

Hersoq İsraildəki hadisələrin hərtərəfli müharibənin bir hissəsi olduğunu deyib:

"Belə bir müharibə bir göz qırpımında bitməyəcək. Düşmənlərimiz ciddi psixoloji səylər göstərir; kiberhücum etməklə, qeyri-real görüntülər və hesabatlar dərc etməklə. Bunların hamısında məqsəd içimizə qorxu və təşviş salmaqdır. Mübahisəsiz fakt olaraq, İsrail dövlətinin uğur qazanmaqdan başqa seçimi yoxdur".

İsrail prezidenti qeyd edib ki, onları çətin günlər gözləyir və “düşmənə qarşı birləşmək və bir yumruq kimi hərəkət etmək” lazımdır.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları 8 oktyabr səhəri İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.

Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə itki var.



Әlaqәli Xәbәrlәr