"Yüz milyonlarla adam iqlim dəyişikliyi üzündən yerdəyişməyə məruz qalacaq", E.Poup

Beynəlxalq Miqrasiya Təşkilatının Cenevrədə keçirdiyi "Miqrasiya üzrə beynəlxalq dialoq" tədbirindən sonra mətbuat nümayəndələrinə açıqlamalar verən BMT nümayəndəsi iqlim dəyişikliyi və insan hərəkətini müqayisə edərək deyib ...

2047678
"Yüz milyonlarla adam iqlim dəyişikliyi üzündən yerdəyişməyə məruz qalacaq", E.Poup

 

  Birləşmiş Millətlər Təşkilatı Miqrasiya qurumunun baş direktoru Emi Poup (Amy Pope) yüz milyonlarla adamın iqlim dəyişikliyi üzündən yerdəyişmə riski altında olduğunu bildirib.

  Beynəlxalq Miqrasiya Təşkilatının Cenevrədə keçirdiyi "Miqrasiya üzrə beynəlxalq dialoq" tədbirindən sonra mətbuat nümayəndələrinə açıqlamalar verən BMT nümayəndəsi iqlim dəyişikliyi və insan hərəkətini müqayisə edərək deyib: "BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) əsasən, 300 milyon adam iqlim dəyişikliyinə son dərəcə həssas olan yerlərdə yaşayır. Bu, o deməkdir ki, tədbirlər görülməsə, yüz milyonlarla insan iqlim dəyişikliyi səbəbindən köçkünlük riski ilə üzləşəcək. Siyasətçilər, hökumətlər və qeyri-hökumət təşkilatları mümkün qədər fəal düşünməli və sürətli hərəkət etməlidirlər.

  İqlim dəyişikliyinin birbaşa təsiri nəticəsində 2050-ci ilə qədər 216 milyon adamın öz ölkələri daxilində miqrasiya edə bilərcəyi proqnozlaşdırılır. Düşüncək ki, 2030-cu ilə qədər dünya əhalisinin təxminən 50 faizi daşqınlara, tufanlara və sunamilərə məruz qalan sahil bölgələrində yaşayacaq, bu hesabla 2100-cü ilə qədər dünya əhalisinin 50-75 faizi həyat üçün təhlükə yaradan temperatur və rütubət şəraitinə məruz qalacaq".



Әlaqәli Xәbәrlәr