Kubada yaşayış binası qismәn dağılıb, ölәn vә yaralananlar var
Məlumata görə, hadisə nəticəsində azı bir nəfər ölüb, iki nəfər də yaralanıb.
2046415
Kubanın paytaxtı Havanadakı yaşayış binasının qismən dağıldığı bildirilib.
Məlumata görə, hadisə nəticəsində azı bir nəfər ölüb, iki nəfər də yaralanıb.
Dağıntılar altında iki nəfərin qaldığı bildirilib.
Axtarış-xilasetmə işlərinin davam etdirildiyi binada 54 nəfərin yaşadığı və hadisənin səhər saatlarında baş verdiyi qeyd olunub. Hadisəyə güclü külək və yağışın səbəb ola biləcəyi bildirilib.
Kubanın tikinti naziri Rene Mesa Villafana keçən ay verdiyi açıqlamada Kubada 850 mindən çox evin təmirə ehtiyacı olduğunu və hökumətin yeni evlərin tikintisi üçün çalışdığını bildirib.
Әlaqәli Xәbәrlәr
“Bir sıra Aİ ölkəsinin Fələstini rəsmən tanımasını gözləyirik”, C.Borell
İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin məlumatına görə ...