BƏƏ prezidenti Əl Nəhyan prezident Ərdoğana zəng edib

BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-da yer alan xəbərə görə, Əl Nəhyan Ankaradakı terror aktından sonra prezident Ərdoğanla telefon danışığı aparıb.

2044730
BƏƏ prezidenti Əl Nəhyan prezident Ərdoğana zəng edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Ankarada baş verən terror aktından sonra prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək ölkəsinin Türkiye ilə həmrəy olduğunu bildirib.
BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-da yer alan xəbərə görə, Əl Nəhyan Ankaradakı terror aktından sonra prezident Ərdoğanla telefon danışığı aparıb.

Əl Nəhyan görüş zamanı BƏƏ-nin Türkiye və qardaş türk xalqı ilə həmrəy olduğunu vurğulayıb.

BƏƏ prezidenti Əl Nahyan bəyan edib ki, terrorun bütün formalarına qarşı birgə beynəlxalq səylərə ehtiyac var.

Hücum zamanı yaralanan təhlükəsizlik qüvvələrinə tezliklə şəfa diləyən Əl Nəhyan Türkiyenin və qardaş türk xalqının hər cür şərdən qorunması, əmin-amanlıq və sabitlik içində olmasını arzulayıb.



Әlaqәli Xәbәrlәr