Nigeriyada 250 min həkimə ehtiyac var

Dünya Tibb Assosiasiyasının Nigeriya üzrə rəhbəri Osahon Enabulele sözügedən mövzu ilə bağlı deyib ...

2044696
Nigeriyada 250 min həkimə ehtiyac var

 

  Nigeriyada difteriya epidemiyası ilə mübarizə aparılarkən Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab vermək üçün ölkənin 250 min həkimə ehtiyacı olduğu bildirilib.

  Dünya Tibb Assosiasiyasının Nigeriya üzrə rəhbəri Osahon Enabulele ölkədə difteriya epidemiyası ilə mübarizə apararkən qeydiyyatdan keçən həkimlərin sayının 100 mindən az olduğunu və bu rəqəmin həkim-xəstə nisbətini qarşılamaq üçün son dərəcə qeyri-kafi söyləyib. O deyib: “Nigeriyanın ÜST-ün həkim-xəstə nisbətini təmin etmək üçün 250 mindən çox həkimə ehtiyacı var. Beynəlxalq standartlara görə, həkim 600-dən az xəstəyə qulluq etməlidir, amma Nigeriyada həkim 3000-dən çox xəstəyə baxır. Nigeriya yaxşı bir sağlıq sisteminə malik olması üçün büdcənin 15 fazini səhiyyə xidmətlərinə ayırmaq üçün siyasi əzmkarlığın nümayiş etdirilməlidir.”

  Qeyd edək ki, 2022-ci ilin dekabrından bəri Nigeriyada 7202 difteriya hadisəsi aşkarlanıb və indiyədək 453 nəfər ölüb.

  ÜST Nigeriyada difteriya hallarının artması səbəbindən ikinci epidemiya dalğasının olduğunu təsdiqləyib.

  Difteriya "corynebacterium diphtheriae" adlı mikroorqanizmin burun, boğaz, göz və dəridə yerləşməsiylə ortaya çıxır. Yoluxucu olan bu xəstəlik ölümlə nəticələnə bilir.



Әlaqәli Xәbәrlәr