Hindistan və ABŞ ortaq “Yudh Abhyas” hərbi təlimi

Hindistan Silahlı Qüvvələrinin “X” sosial media platformasında verilən açıqlamada bildirilir ...

2044488
Hindistan və ABŞ ortaq “Yudh Abhyas” hərbi təlimi

 

  Hindistan və Amerika Birləşmiş Ştatları orduları növbəti “Yudh Abhyas” hərbi təlimini keçiriblər.

  Hindistan Silahlı Qüvvələrinin “X” sosial media platformasında verilən açıqlamada manevrin ABŞ-ın Alyaska əyalətində keçirildiyi bildirilib.

  Oktyabrın 8-dək davam etməsi planlaşdırılan təlimə Hindistan ordusundan 350 şəxsi heyət qatılıb.

  Hərbi təlimdə iki ordu arasındakı əlaqənin gücləndirilməsinə diqqət yetirilir, çətin iqlim şəraitində logistika və tibbi yardım kimi müxtəlif təcrübələr tətbiq edilir.

  Xatırladaq ki, Hindistan və ABŞ hərbçiləri 2022-ci ilin 29 noyabrında Hindistanın Çinlə mübahisəli sərhədi yaxınlığındakı dağlıq ərazidə “Yudh Abhyas” hərbi təlimini keçirmişdilər.

  Qeyd edək ki, 2000-ci illərin əvvəllərində ABŞ və Hindistan arasında başlayan “Yudh Abhyas” manevrləri hər il təşkil edilir.



Әlaqәli Xәbәrlәr