Pakistanda terror aktı nəticəsində ölənlərin sayı artır

Bəlucistanın Mastunq bölgəsində məscid yaxınlığında insanların toplaşdığı ərazidə bomba işə salınıb.

2044089
Pakistanda terror aktı nəticəsində ölənlərin sayı artır

Pakistanın Bəlucistan əyalətində məscid yaxınlığında Peyğəmbərin mövlud gününü qeyd etmək üçün toplaşan vətəndaşların olduğu ərazidə həyata keçirilən bombalı terror aktı nəticəsində biri polis olmaqla 34 nəfər həyatını itirib, 130-dan çox insan isə yaralanıb.

"Dawn" qəzetində yer alan xəbərə görə, Bəlucistanın Mastunq bölgəsində məscid yaxınlığında insanların toplaşdığı ərazidə bomba işə salınıb.

Partlayışda biri polis olmaqla 34 nəfər ölüb, 130-dan çox adam yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və axtarış-xilasetmə qrupları cəlb olunub.

Səlahiyyətlilər hadisənin kamikadzə hücumu ola biləcəyi ehtimalını nəzərdən keçirir.

Hələlik hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.



Әlaqәli Xәbәrlәr