Co Bayden Sakit okean ölkələrinin liderləri ilə görüşüb

Amerika Birləşmiş ştatları prezidenti Co Bayden Sakit okean ölkələrinin liderləri ilə görüşüb.

2042325
Co Bayden Sakit okean ölkələrinin liderləri ilə görüşüb

Amerika Birləşmiş ştatları prezidenti Co Bayden Sakit okean ölkələrinin liderləri ilə görüşüb.

Co Bayden dünən başlayan və iki gün davam edəcək 2-ci ABŞ-Sakit okean ölkələri sammiti çərçivəsində Ağ Evdə Sakit okean ölkələrinin liderlərini qəbul etdi.

Sakit okean ölkələri ilə daha güclü tərəfdaşlıq qurmaq istədiklərini bildirən Co Bayden bu kontekstdə atdıqları addımlardan danışıb.

Co Bayden iqlim dəyişikliyinə görə yüksələn dəniz səviyyəsinin  Sakit Okean ölkələri üçün təhlükə yarada biləcəyinə dair xəbərdarlıqlardan xəbərdar olduqlarını ifadə edərək, böhrana hazırlıq üçün bu bölgəyə 20 milyon dollardan çox əlavə yardım edəcəklərini açıqladı.

ABŞ Prezidenti Co Bayden bildirib ki, onun administrasiyası Konqreslə birlikdə Sakit Okean Adaları İnfrastruktur Təşəbbüsü çərçivəsində bu ölkələrin infrastrukturuna 40 milyard dollar sərmayə yatırmaq üçün işləyir.

ABŞ-ın Hind-Sakit okean regionunun azad, açıq, firavan və təhlükəsiz olmasını təmin etməkdə qərarlı olduğunu bildirən Co Bayden bu məqsəd istiqamətində təhlükəsizlik sahəsində region ölkələri ilə birlikdə çalışacaqlarını qeyd edib.

Bu arada, Solomon Adalarının Baş naziri Manasşe Soqavare sammitə qatılmayıb. ABŞ rəsmiləri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Nyu-Yorkda keçirilən 78-ci sessiyasına qatıldıqdan sonra ölkəsinə qayıdan Soqaverenin iştirak etməməsini “xəyal qırıqlığı'' kimi qiymətləndiriblər.

Soqavere keçən il ABŞ-Sakit Okean Adaları Birgə Bəyannaməsini imzalamamışdı. Solomon adaları həmçinin  Çinlə təhlükəsizlik sahəsində əməkdaşlığa dair müqavilə imzalayaraq diqqət çəkmişdi.

Vanuatunun baş naziri Sato Kilman ölkəsinin parlamentində keçiriləcək etimad səsverməsinə görə sammitdə iştirak edə bilməyib.



Әlaqәli Xәbәrlәr