Pakistan: İsraillə münasibətlər İslamabadın və Fələstin xalqının maraqlarından asılıdır

Cəlil Abbas Cilani İsraillə əlaqələrin qurulmasının bu ölkənin və Fələstin xalqının milli maraqlarından asılı olduğunu bildirib.

2041533
Pakistan: İsraillə münasibətlər İslamabadın və Fələstin xalqının maraqlarından asılıdır

Pakistandakı müvəqqəti hökumətin xarici işlər naziri Cəlil Abbas Cilani deyib ki, İsraillə əlaqələrin qurulması bu ölkənin və Fələstin xalqının milli maraqlarından asılıdır.
"Geo News" televiziyasında yer alan xəbərə görə, nazir Cilani İsrailin xarici işlər naziri Eli Koenin ölkəsinin İslam dünyası ilə əlaqələrini normallaşdıracağına dair açıqlamalarına cavab verib.

Koenin son zamanlar heç bir Pakistan rəsmisi ilə görüşmədiyinə diqqət çəkən Cilani İsraillə əlaqələrin qurulmasının ölkənin və Fələstin xalqının milli maraqlarından asılı olduğunu bildirib.

Xatırladaq ki, İsrailin xarici işlər naziri Eli Koen sentyabrın 22-də verdiyi açıqlamada Səudiyyə Ərəbistanından sonra 6 və ya 7 İslam ölkəsinin İsraillə sülh müqaviləsi imzalayacağını bildirsə də, bunların hansı ölkələr olduğu barədə məlumat verməyib.



Әlaqәli Xәbәrlәr