Macarıstan Avropa İttifaqının Azərbaycan əleyhinə bəyanatına veto qoyub

Macarıstan Avropa İttifaqının Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri ilə bağlı hazırladığı anti-Azərbaycan bəyanatına veto qoyub.

2041183

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirləri ilə bağlı hazırladığı bəyanatı Macarıstan tərəfindən rədd edilib.

Bəyanatda Azərbaycanın öz sərhədləri daxilindəki Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri pislənilib, tərəflər ermənilərin də iştirak etdiyi şəffaf dialoq prosesinə dəvət olunub.

Bəyanatda Aİ-nin Ermənistanın demokratik yolla seçilmiş nümayəndələrini dəstəkləməyə hazır olduğu qeyd edilib, həmçinin Azərbaycana Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşması ilə əlaqədar çağırış edilib.

Әlaqәli Xәbәrlәr