BMT Liviyaya maliyyә yardımı göstәrәcәk
Birləşmiş Millətlər Təşkilatı dağıdıcı daşqınların baş verdiyi Liviya üçün 10 milyon dollar vəsait ayırdığını açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatı dağıdıcı daşqınların baş verdiyi Liviya üçün 10 milyon dollar vəsait ayırdığını açıqlayıb.
Bu barədə BMT baş katibinin humanitar yardım və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits bildirib.
Martin Qriffits deyib: "Bütün məhəllələr xəritədən silinib. Minlərlə insan ölüb, on minlərlə insan evsiz qalıb və daha bir çoxunun taleyi məlum deyil".
Liviyalılara yardım və dəstək vermək üçün mübarizə apardıqlarını ifadə edən Qriffits axtarış-xilasetmə qrupları, həkimlər və yardım materialları göndərərək dərhal hərəkətə keçən Liviyanın qonşularına və digər ölkələrə təşəkkür edib.
BMT-nin bölgədə aparılan işlərə dəstək verdiyini ifadə edən Martin Qriffits BMT-nin fövqəladə fondundan bu işlər üçün 10 milyon dollar vəsait ayırdıqlarını deyib.
Әlaqәli Xәbәrlәr
“Bir sıra Aİ ölkəsinin Fələstini rəsmən tanımasını gözləyirik”, C.Borell
İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin məlumatına görə ...