Con Kirbi: ''Şimali Koreya və Rusiya arasındakı əməkdaşlığa görə narahatıq''

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Şimali Koreya ilə Rusiya arasında artan müdafiə əməkdaşlığına görə narahat olduqlarını bildirib.

2037456
Con Kirbi: ''Şimali Koreya və Rusiya arasındakı əməkdaşlığa görə narahatıq''

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Şimali Koreya ilə Rusiya arasında artan müdafiə əməkdaşlığına görə narahat olduqlarını bildirib.

Con Kirbi keçirdiyi mətbuat konfransında Şimali Koreya lideri Kim Çen Inla Rusiya prezidenti Vladimir Putin arasındakı görüşün nəticəsini bilmədiklərini ifadə edərək, Moskvanın Pxenyanla potensial silah müqaviləsi imzalamağa çalışdığını bəyan edib.

Con Kirbi deyib: “İran və Rusiya arasında inkişaf edən müdafiə əlaqələri ilə bağlı ifadə etdiyimiz kimi, Şimali Koreya ilə Rusiya arasında inkişaf edən müdafiə əməkdaşlığından da narahatıq''.

Con Kirbi Rusiyanın Şimali Koreyanın qeyri-qanuni nüvə və ballistik raket proqramlarına verdiyi dəstəyin narahatlığa səbəb  olacağını vurğulayıb.

Şimali Koreyanın iki ölkə arasındakı bu əməkdaşlıqla öz hərbi potensialını artıra biləcəyini qeyd edən Kirbi, iki ölkə arasında silah müqaviləsi əldə olunacağı təqdirdə bununla uyğun şəkildə məşğul olacaqlarını bildirib.

Putin və Kim dünən Rusiyanın Amur vilayətindəki Vostoçnı kosmodromunda görüşüblər.

Kim Çen In görüşdən əvvəl verdiyi açıqlamada hər zaman Putin və Rusiya hökumətinin qərarlarını dəstəklədiklərini, Rusiya ilə əlaqələri daha da inkişaf etdirmək istədikləri bildirmişdi.

Putin isə öz növbəsində Kim ilə görüşünü məhsuldar adlandırıb və bölgədəki vəziyyət və ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi apardıqlarını bildirib.



Әlaqәli Xәbәrlәr