Liviya daşqınlarla əlaqədar verdiyi dəstəyə görə Türkiyeyə təşəkkür edib

Liviya Prezident Şurasının sədr müavini Musa əl-Kuni ölkədə baş verən daşqınlarla əlaqədar verdiyi dəstəyə görə Türkiyeyə təşəkkür edib.

2036552
Liviya daşqınlarla əlaqədar verdiyi dəstəyə görə Türkiyeyə təşəkkür edib

Liviya Prezident Şurasının sədr müavini Musa əl-Kuni ölkədə baş verən daşqınlarla əlaqədar verdiyi dəstəyə görə Türkiyeyə təşəkkür edib.
Prezident Şurasından verilən yazılı açıqlamada Kuninin paytaxt Tripolidə Türkiye Xarici İşlər Nazirliyinin rəsmiləri Ferit Orçun Başaran və Hüseyn Barbaros Dicle ilə görüşdüyü bildirilib. 

Açıqlamada vurğulanıb ki, Türkiyedən gələn nümayəndə heyəti Liviyanın şərqində, xüsusilə Derna şəhərində həyatı iflic edən daşqınlar nəticəsində  həyatını itirənlərlə əlaqədar prezident Rəcəb Tayyib Ərdoğan və Türkiye adından başsağlığı verib.
Liviya Prezident Şurasının sədr müavini Musa əl-Kuni deyib: “Türkiye Liviya xalqının üzləşdiyi bütün çətinliklərə qarşı dəstəyini ifadə edərək təbii fəllakətdən sonra bölgəyə göndərdiyi axtarış-xilasetmə qrupları ilə itkin düşənlərin tapılmasına böyük töhfə verib''.
Kuni verdiyi dəstəyə görə Türkiyeyə münnətdar olduqlarını bildirib.
Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Tirkiyenin təbii fəlakətlə mübarizədə hər zaman dost və qardaş Liviya xalqının yanında olduğunu vurğulayıb.
Sentyabrın 10-da mərkəzi Aralıq dənizində tüğyan edən və Liviyanın şərqində həyatı iflic edən  "Daniel" fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.
Liviyanın rəsmi LANA xəbər agentliyi Derna şəhərində daşqın nəticəsində ölənlərin sayının 5300-ə yüksəldiyini və minlərlə insanın itkin düşdüyünü açıqlayıb.
Liviya Qızıl Aypara Cəmiyyətinin sözçüsü Tevfik Şükri daşqınlar səbəbindən bölgədən köç edən ailələrin sayının 20 min olduğunu təxmin etdiklərini qeyd etdi.
Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe daşqınlarla əlaqədar  dünən ölkədə 3 günlük matəm elan edib, Liviya Prezident Şurası isə daşqınlardan zərər çəkmiş bölgələr üçün qardaş ölkələr və beynəlxalq qurumlardan kömək istəyib.



Әlaqәli Xәbәrlәr