Mərakeşdə zəlzələ qurbanlarının sayı 2 900 nəfəri keçib

Mərakeşdə baş verən zəlzələdə həyatını itirənlərin sayı  2 901-ə, yaralıların isə 5 530 nəfərə çatıb.

2036430
Mərakeşdə zəlzələ qurbanlarının sayı 2 900 nəfəri keçib

Mərakeşdə baş verən zəlzələdə həyatını itirənlərin sayı  2 901-ə, yaralıların isə 5 530 nəfərə çatıb.
Mərakeş Daxili İşlər Nazirliyi sentyabrın 8-nə keçən gecə baş vermiş zəlzələ ilə bağlı yenilənmiş məlumatı paylaşıb.
Xatırladaq ki, sentyabrın 8-nə keçən gecə Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib, yeraltı təkanların episentri Mərakeşin Əl-Huz bölgəsində olub.
Zəlzələ Mərakeşlə yanaşı, paytaxt Rabat, həmçinin Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss olunub.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) Mərakeşdəki zəlzələdən sonra ehtiyacların ödənilməsi üçün 100 milyon İsveçrə frankı məbləğində təcili yardımla bağlı çağırış edib.



Әlaqәli Xәbәrlәr