G-20-nin dövri sədrliyi Braziliyaya keçdi

Sammitin bağlanış iclasında Hindistanın baş naziri Narendra Modi sədrlik mandatını Braziliya prezidenti Luiz İnasio Lula da Silvaya təqdim edib

2035297
G-20-nin dövri sədrliyi Braziliyaya keçdi

 

  Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G-20 Sammitində Hindistan dövri sədrliyini Braziliyaya təhvil verdi.

  Sammitin bağlanış iclasında Hindistanın baş naziri Narendra Modi sədrlik mandatını Braziliya prezidenti Luiz İnasio Lula da Silvaya təqdim edib. Beləliklə, G-20-nin dövri sədrliyi Braziliyaya keçib.

  Braziliyanın dekabrın 1-dən etibarən öhdəsinə götürəcəyi G-20-nin dövri sədrliyi 2025-ci ildə Cənubi Afrika, 2026-cı ildə isə Amerika Birləşmiş Ştatlarına (ABŞ) keçəcək.

  Braziliya 2024-cü ildə sədrliyi dövründə yoxsulluq, davamlı inkişaf, Beynəlxalq Valyuta Fondu və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) qlobal təsisatlarında islahatlara üstünlük verəcək.

  Hindistanın baş naziri N.Modi yekun nitqində 2023-cü ilin noyabr ayında onlayn dövlət başçıları sammitinin keçirilməsini təklif edib.

  Vyetnama səfər etmək üçün Hindistandan ayrılan ABŞ prezidenti Co Bayden "X" sosial media platformasında verdiyi açıqlamada sammiti dəyərləndirərək bildirib: “Qlobal iqtisadiyyatın iqlim böhranı, zəiflik və münaqişə kimi bir sıra şoklardan əziyyət çəkdiyi bir vaxtda builki G-20 Sammiti sübut etdi ki, o, hələ də ən aktual problemlərimizə həll yolları təklif edə bilir”.

 



Әlaqәli Xәbәrlәr