Nigerdə BMT və QHT-nın fəaliyyəti müvəqqəti dayandırılıb

Nigerdə ​​hərbi administrasiya Birləşmiş Millətlər Təşkilatının (BMT) və qeyri-hökumət təşkilatlarının (QHT) "hərbi zonalar"dakı fəaliyyətlərini müvəqqəti olaraq dayandırdığını açıqlayıb.

2031956

Niger Daxili İşlər Nazirliyindən verilən bəyanatda  BMT və ölkədə fəaliyyət göstərən QHT-lərin işi ilə bağlı məlumatlar verilib.

Bəyanatda qeyd olunub ki, adıçəkilən qurum və təşkilatlara hərbi zonalarda iş görmək qadağan edilib.

Təhlükəsizlik tədbirləri səbəbindən qadağan olunmuş ərazilərin harada olduğu ilə bağlı heç bir məlumat verilməyib.

Digər tərəfdən, daxili uçuşların bərpa olunduğu, lakin quru və dəniz sərhədlərinin bağlı qalacağı açıqlanıb.

Etiketlәr: #QHT , #BMT , #Niger

Әlaqәli Xәbәrlәr