ABŞ: "Türkiyeyə Qara dəniz taxıl sazişinin bərpası üçün göstərdiyi səylərə görə təşəkkür edirik"

ABŞ Dövlət Departamenti Türkiyeyə Qara dəniz taxıl sazişi çərçivəsində göstərdiyi mühüm diplomatik səylərə görə təşəkkür edib.

2031598
ABŞ: "Türkiyeyə Qara dəniz taxıl sazişinin bərpası üçün göstərdiyi səylərə görə təşəkkür edirik"

ABŞ Dövlət Departamenti Türkiyeyə Qara dəniz taxıl sazişi çərçivəsində göstərdiyi mühüm diplomatik səylərə görə təşəkkür edib.
ABŞ Dövlət Departamentinin sözçüsü mövzuyla bağlı jurnalistlərin suallarını cavablandıraraq deyik: "Türkiyenin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb və taxıl təşəbbüsünün bərpasının vacibliyinə işarə edib. NATO-da müttəfiqimiz olan Türkiyeyə mühüm diplomatik səylərinə görə təşəkkür edirik və onların konstruktiv rol oynamağa davam etmələrini alqışlayırıq.

Rusiyanın taxıl təşəbbüsünə son qoyma qərarı qida təhlükəsizliyi ilə mübarizə aparan cəmiyyətlərə zərər verir. Türkiye və digər ölkələrin Rusiyanı razılaşmaya qaytarmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk.

Qeyd edək ki, avqustun 31-də Türkiyenin xarici işlər naziri Hakan Fidan Qara dəniz taxıl müqaviləsi ilə bağlı rusiyalı həmkarı Sergey Lavrovla Moskvada danışıqlar aparıb. Görüşdən sonra Fidan bildirib ki, Türkiyenin fəal köməyi əsasında BMT taxıl sazişi ilə bağlı yeni təkliflər paketi hazırlayıb.

Xatırladaq ki, Rusiya, Türkiye, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna və Rusiya taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Daha əvvəl bir neçə dəfə uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatsa da, Rusiya rəsmiləri sazişin uzadılmasını təsdiqləməyiblər. Rusiya müqavilənin fəaliyyət müddətinin uzadılması üçün BMT-dən şərtlərinin yerinə gətirilməsini tələb edib və təşkilata 90 gün vaxt verib.



Әlaqәli Xәbәrlәr