NATO Türkiyeni 30 avqust Zəfər Bayramı münasibətilə təbrik edib

NATO Müttəfiq Quru Qoşunları Komandanlığı (LANDCOM) Türkiyeni 30 avqust Zəfər Bayramı və Türkiye Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib.

2030889

Keçən il də  oxşar mesajla 30 avqust Zəfər Bayramı münasibətilə Türkiyeni təbrik edən,ancaq Yunanıstanın etirazından sonra sosial mediadan təbrik mesajını silən LANDCOM bu il türk dilində etdiyi paylaşımda  “Zəfər bayramınız mübarək olsun” ifadələrinə yer verib.
"Bu özəl gündə bizə ev sahibliyi etdiyi üçün Türkiyeyə minnətdarıq. Türkiye 1952-ci ildə NATO-ya üzv olduqdan sonra bir çox əməliyyat və təlimlərdə iştirak edib, əsgərləri hər zaman böyük peşəkarlıq və əzm nümayiş etdirib. Türkiye və NATO birlikdə daha güclüdür və təhlükəsizdir'',-deyə LANDCOM-un rəsmi ''X'' səhifəsində edilən paylaşımda vurğulanıb.

Әlaqәli Xәbәrlәr