Çin 10 əyalətində fövqəladə vəziyyət elan edib

Çin Daşqınlara Nəzarət və Quraqlığa Yardım Mərkəzi tərəfindən verilən açıqlamada bildirilir ...

2029512
Çin 10 əyalətində fövqəladə vəziyyət elan edib

 

  Çində həddindən artıq yağışın səbəb ola biləcəyi daşqınlara görə 10 əyalətdə fövqəladə vəziyyət elan edilib.

  Çin Daşqınlara Nəzarət və Quraqlığa Yardım Mərkəzi tərəfindən verilən açıqlamada ölkənin şimalı, mərkəzi və cənub-qərbindəki Şandunq, Şaansi, Şansi, Jiangsu, Anhui, Hinan, Hubey, Siçuan, Quicou və Çonqinq əyalətlərində 4-cü səviyyəli fövqəladə vəziyyət xəbərdarlığı edilib.

  Bildirilib ki, bu rayonlarda intensiv cəbhə yağışları müşahidə olunacaq, rayon ərazisindəki bir çox çaylar və onların qollarında daşqın, sel və sürüşmə riskləri var.

  Çin Fövqəladə Halların İdarə Edilməsi Nazirliyi müvafiq yerli rayonlara yağıntı vəziyyətini diqqətlə izləmək və risk altında olan ərazilərin müvafiq qaydada boşaldılması barədə göstəriş verib.



Әlaqәli Xәbәrlәr