Nigeriyada difteriyadan 26 nәfәr ölüb

Nigeriyanın Bauçi əyalətində difteriya xəstəliyindən 26 nəfər ölüb.

2029347
Nigeriyada difteriyadan 26 nәfәr ölüb

Nigeriyanın Bauçi əyalətində difteriya xəstəliyindən 26 nəfər ölüb.

Nigeriya Milli İlkin Yardım Agentliyinin (NPHCDA) Bauchi üzrə koordinatoru Rilvanu Məhəmməd əyalətdə difteriyanın yayıldığını qeyd edib.

Rilvanu Məhəmməd ölkədə indiyədək 180 difteriyaya yoluxma faktının  qeydə alındığını, xəstəlik səbəbindən 26 nəfərin həyatını itirdiyini bildirib.

Difteriyaya  yoluxanların  əksəriyyətinin peyvənd olunmadığı qeyd edilib.

Bauçi əyalətində difteriya xəstəliyi səbəbindən təhsilə ara verilib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Nigeriyada yanvar-iyul aylarında difteriyadan 122 uşağın öldüyünü açıqlayıb.


Etiketlәr: #difteriya , #Nigeriya

Әlaqәli Xәbәrlәr