Səudiyyə Ərəbistanının bütün məktəblərində Çin dili keçiləcək

Səudiyyə Ərəbistanı məktəblərində Çin dili dərslərinin tətbiqi ilə bağlı qərar krallığın vəliəhdi və baş naziri Məhəmməd ibn Salman əl-Səudun Çinə səfəri zamanı verilib

2028399
Səudiyyə Ərəbistanının bütün məktəblərində Çin dili keçiləcək

 

  Səudiyyə Ərəbistanının Təhsil Nazirliyi krallığın bütün özəl və dövlət məktəblərinə Çin dili proqramının tətbiqi barədə göstəriş verib.

  Məlumata görə, Səudiyyə Ərəbistanı məktəblərində Çin dili dərslərinin tətbiqi ilə bağlı qərar krallığın vəliəhdi və baş naziri Məhəmməd ibn Salman əl-Səudun Çinə səfəri zamanı verilib. Vəliəhdin səfəri zamanı Riyad və Pekin krallığın məktəb və universitetlərində bütün səviyyələrdə Çin dilinin tədris planına daxil edilməsinin hazırlanması barədə razılığa gəliblər.

  Səudiyyə Ərəbistanı Təhsil Nazirliyinin direktivinə əsasən, hər bazar və bazar ertəsi günlərin dördüncü dərsi məktəblərdə Çin dilinin öyrənilməsinə həsr olunmalıdır. Krallığın bütün təhsil şöbələri orta məktəb şagirdləri üçün ixtisaslaşdırılmış siniflər çərçivəsində ikinci sinifdə Çin dili proqramını həyata keçirməyə hazırlaşır.

  Qeyd edək ki, son illər Çin və Səudiyyə Ərəbistanı müxtəlif sahələrdə, xüsusən də iqtisadiyyatda fəal şəkildə ikitərəfli əməkdaşlıq qurur. 2019-cu ilin fevralında Səudiyyə Ərəbistanının vəliəhdi Pekinə, 2022-ci ilin dekabrında isə Çin dövlət başçısı krallığa səfər edib və bu səfərlər zamanı tərəflər arasında strateji tərəfdaşlıq sazişi imzalanıb.

 



Әlaqәli Xәbәrlәr