İsrail qüvvәlәri İordan çayının qәrb sahilindәki şәhәrlәrә basqın etmәyә davam edir

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindəki Cenin bölgəsində 17 yaşlı fələstinlini öldürüb.

2027704
İsrail qüvvәlәri İordan çayının qәrb sahilindәki şәhәrlәrә basqın etmәyә davam edir

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindəki Cenin bölgəsində 17 yaşlı fələstinlini öldürüb.

İsrail ordusu El Halil və Nablus şəhərlərində 3 yəhudinin ölümü ilə nəticələnən hücumları törədənləri saxlamaq üçün Fələstinin şəhər və qəsəbələrinə basqınlarını davam etdirir.

İordan çayının qərb sahilindəki El Halil, Nablus, Cenin, Tulkərəm və Kalkilya şəhərlərində İsrail ordusunun birlikləri gücləndirici qüvvələrin dəstəyi ilə basqınlar həyata keçirib.

Fələstin Səhiyyə Nazirliyindən verilən bəyanatda İsrail əsgərlərinin Ceninə etdiyi basqın zamanı 17 yaşlı Osman Əbu Herecin başından vurulduğu bildirilib.
İsrail ordusu avqustun 19-da Nablus yaxınlığındakı Huvvara qəsəbəsində silahlı hücum nəticəsində iki yəhudinin öldürüldüyünü açıqlayıb. Dünən də səhər saatlarında El Halildə törədilən hücum nəticəsində bir yəhudinin öldüyünü, birinin də yaralandığını bildirib.
Hücumları törədənləri saxlamaq  üçün Fələstinin şəhər və qəsəbələrinə basqın edən İsrail ordusu dünən həqiqi güllələrlə 8 fələstinlini yaralayıb.
Digər tərəfdən, İsrail qüvvələrinin basqınları səbəbindən El Halil şəhərində bir gün təhsilə ara verilib.

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində həyata keçirdiyi basqınlarda 47 fələstinlini saxladığı bildirilib.

Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata əsasən,  İsrail qüvvələri Ramallah başda olmaqla İordan çayının qərb sahilinin müxtəlif bölgələrində geniş miqyaslı nəzarət əməliyyatları həyata keçirib.

Ramallahın şimal-qərbindəki bir qəsəbəyə edilən basqın zamanı 16 fələstinli saxlanılıb.

Məlumata əsasən, İsrail qüvvələri El Halildə 12, Kalkiyada 6, Nablusda 5, Cenində 4, Tulkərəmdə 3, Selfitdə bir fələstinlinini saxlayıb.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə vaxtaşırı basqınlar edən İsrail qüvvələri müxtəlif iddialar irəli sürərək fələstinliləri saxlayır.


Etiketlәr: #basqın , #Fələstin , #İsrail

Әlaqәli Xәbәrlәr