Mali və Burkina Faso Nigerə döyüş təyyarələri göndərdi

Mali və Burkina Faso Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) mümkün hərbi müdaxiləsinə qarşı Nigerə döyüş təyyarələri göndərib.

2026644
Mali və Burkina Faso Nigerə döyüş təyyarələri göndərdi

Mali və Burkina Faso Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) mümkün hərbi müdaxiləsinə qarşı Nigerə döyüş təyyarələri göndərib.
Niger dövlət televiziyası RTN-də yayımlanan xəbərdə Mali və Burkina Fasonun Nigerlə həmrəy olduğu, bu ölkəyə döyüş təyyarələri göndərdiyi qeyd edilib.
Xəbərdə bu ifadələrə yer verilib: “Mali və Burkina Faso Nigerə təyyarərələr göndərərək yayımlanan birgə bəyannamədəki öhdəliklərini konkret fəaliyyətə çevirdilər”.
Xəbərdə Mali və Burkina Fasonun Nigerə  “Super Tucano” tipli döyüş təyyarələri göndərdiyi qeyd edilib.
ECOWAS ölkələrinin qərargah rəislərinin dünən Qananın paytaxtı Akkrada keçirdiyi toplantıda Nigerə hərbi müdaxilənin tarixinin bəlli olduğu açıqlanıb.
Bəyanatda əsgərlərin əmr gələn kimi müdaxilə etməyə hazır olduğu, lakin bu mümkün əməliyyatın nə vaxt başlayacağı ilə bağlı məlumat verilməyib.


Etiketlәr: #Burkina Faso , #Mali , #Niger

Әlaqәli Xәbәrlәr