Konqo Demokratik Respublikasında 548 üsyançı öldürülüb

Uqanda ordusunun Konqo Demokratik Respublikasının (KDC) şimalında həyata keçirdiyi əməliyyatlarda üsyançı Demokratik Alyans Qüvvələrinin (ADF) 548 üzvünün öldürüldüyü açıqlanıb.

2026537

Konqo Demokratik Respublikasında həyata keçirilən əməliyyatın sözçüsü mayor Bilal Katamba jurnalistlərə verdiyi açıqlamada ADF-yə qarşı əməliyyatların davam etdiyini bildirib.

Bilal Katamba bölgədə keçirilən əməliyyatlarda 548 ADF üzvünün öldürüldüyünü, 50-nin əsir götürüldüyünü, 31-nin isə təslim olduğunu açıqlayıb.

Əməliyyatların Uqanda ordusu tərəfindən həyata keçirildiyini bildirən Bilal Katamba əməliyyat zamanı hərbçilər arasında tələfat olub-olmadığı ilə bağlı məlumat verməyib.

Zorakılığın artdığı Konqo Demokratik Respublikasının Şimali Kivu və İturi əyalətlərində təhlükəsizliyə nəzarət etmək üçün 7 may 2021-ci ildə hərbi mühasirə elan edilib. Mühasirə çərçivəsində bölgədəki mülki məmurlar işdən çıxarılıb və onların yerinə hərbi məmurlar təyin edilib.

1990-cı illərin sonundan etibarən Uqanda və KDC-də fəaliyyət göstərməyə başlayan ADF-nin hücumları nəticəsində  minlərlə dinc sakinin öldüyü, yüz minlərlə insanın yurd-yuvalarından didərgin düşdüyü bildirilir.

Әlaqәli Xәbәrlәr