ABŞ Nigerdəki olaylarla bağlı bəyanat yaydı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Nazirliyinin sözçünün müavini Sabrina Sinq Nigerin ABŞ üçün kritik tərəfdaş olduğunu və oradakı bazalara yüz milyonlarla dollar sərmayə qoyduqlarını bildirdi.

2025798
ABŞ Nigerdəki olaylarla bağlı bəyanat yaydı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Nazirliyinin sözçünün müavini Sabrina Sinq Nigerin ABŞ üçün kritik tərəfdaş olduğunu və oradakı bazalara yüz milyonlarla dollar sərmayə qoyduqlarını bildirdi.
“Biz də bunun hərbi müdaxilə ilə sona çatmasını istəmirik”,-deyə Sabrina Sinq qeyd edib.
Sabrina Sinq keçirdiyi mətbuat konfransında Nigerdə ​​davam edən vəziyyəti qiymətləndirməyə davam etdiklərini söyləyib.
ABŞ Dövlət Departamenti, Müdafiə Nazirliyi və hökumətin digər orqanlarının bunu sülh yolu ilə həll etməyə çalışdığına işarə edən Sinq deyib:"Niger bizim bölgədəki kritik tərəfdaşımızdır. Ona görə də ümid edirik ki, biz bunu diplomatik yolla həll edəcəyik". 
Sinq ABŞ-ın regionda aktivləri və maraqlarının olduğunu və əsas prioritetlərinin bu maraqları və müttəfiqlərin maraqlarını qorumaq olduğunu vurğulayıb.
Nigerdəki bazalara yüz milyonlarla dollar sərmayə qoyduqlarını vurğulayan Sinq bu ölkədəki problemin sülh yolu ilə həll edilməsini istədiklərini və buna nail ola biləcəklərinə ümid etdiklərini qeyd edib.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel də ölkəsinin Nigerdəki yeni səfiri Ketlin FitzGibbonun paytaxt Niameyə gedəcəyini qeyd edib.
Vedant Patel qeyd edib ki, FitzGibbonun Niameyə getməsi ABŞ-ın mövqeyində dəyişiklik olacağı mənasına gəlmir.

Qeyd edək ki, iyulun 26-da Nigerdə ​​hərbçilər prezident Məhəmməd Bazumu girov götürərək  hakimiyyəti ələ keçirdiyini elan ediblər.


Etiketlәr: #hakimiyyət , #sülh , #Niger , #ABŞ

Әlaqәli Xәbәrlәr