NATO: ''Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mövqeyimiz dəyişməzdir''

NATO Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və bu məsələdə mövqeyinin dəyişmədiyini bəyan edib.

2025040
NATO: ''Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mövqeyimiz dəyişməzdir''

NATO Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və bu məsələdə mövqeyinin dəyişmədiyini bəyan edib.
NATO rəsmisi NATO baş katibinin kabinetinin rəhbəri Stian Yenssenin  “Ukrayna ərazisinin bir hissəsini Rusiyaya vermək müqabilində NATO üzvü ola bilər” şəklindəki açıqlamasını qiymətləndirib.
"NATO-nun mövqeyi aydındır və dəyişməzdir. NATO-ya üzv ölkələrin liderləri iyulda Vilnüsdə keçirilən sammitdə bir daha bəyan etdilər ki, biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik", - deyə rəsmi bildirib.
NATO rəsmisi sözlərinə belə davam edib: "Nə qədər vaxt aparsa da, biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Biz ədalətli və davamlı sülhə nail olmaqda qərarlıyıq. Sülhün nə vaxt və hansı şərtlərlə əldə olunacağına Ukrayna qərar verəcək. Müharibənin təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərinə ehtiyac olduğu aydındır''.

Norveçin ''Vendens Gang'' mətbuat orqanının yaydığı məlumata əsasən, NATO baş katibinin kabinetinin rəhbəri Stian Yenssen Arendal şəhərində keçirilən paneldə Ukraynanın ərazisinin bir hissəsini Rusiyaya verməsi müqabilində NATO üzvü ola biləcəyini bildirib.
Jurnalistin ''NATO-nun baxışı bumudur'' şəklindəki sualını cavablandıran Stian Yenssen deyib:"Mən demirəm ki, bu belə olmalıdır. Bunun mümkün həll yollarından biri ola biləcəyini deyirəm".
NATO-nun baş katibi Yens Stoltenberq alyansın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, onun üzvlüyünün yalnız müharibədən sonra mümkün olduğunu və sülhün hansı şəraitdə əldə olunacağına Ukraynanın qərar verəcəyini tez-tez təkrarlayır.



Әlaqәli Xәbәrlәr