Ümumdünya Səhiyyə Təşkilatı Erislə bağlı xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə koronavirusun omikron ştamının yeni variantı - Erislə (EG.5.) bağlı tədbirləri aradan qaldırmamaları ilə əlaqədar xəbərdarlıq edib.

2024863

Məlumatda ABŞ, Avropa və Asiyada Covid-19 infeksiyası səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayının artığı bildirilib.
Səhiyyə rəsmiləri ilk dəfə 2021-ci ilin noyabrında qeydə alınan omicron ştamının yeni variantı-Erisə işarə edirlər.
Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, EG.5 digər variantlara nisbətən daha yaxından izlənilməlidir, çünki o, daha yoluxucudur.
ÜST ölkələrə yeni varianta görə Covid-19 tədbirlərini aradan qaldırmamaları barədə xəbərdarlıq edib.
Omicron ilə demək olar ki, eyni simptomlara malik olan Eris indiyə qədər 51 ölkədə qeydə alınıb.

Әlaqәli Xәbәrlәr