İsrail qüvvələrinin sərt müdaxiləsi nəticəsində iki fələstinli də ölüb

İşğal altındakı İordan çayının qərb sahilindəki Erixa şəhərində İsrail əsgərlərinin sərt müdaxiləsi nəticəsində 2 fələstinli həyatını itirib.

2024502

Fələstinin SND xəbər agentliyinin yaydığı məlumatına görə, işğalçı İsrail ordusu Erixadakı Akbet Cabr qaçqın düşərgəsinə basqın edib.

Basqının qarşısını almaq istəyən fələstinlilərlə İsrail əsgərləri arasında baş verən qarşıdurmada Məhəmməd Ribhi Nucum və Qusay Ömər əl-Velci adlı iki fələstinli həyatını itirib.

İsrail əsgərlərinin Akbet Cabr düşərgəsinə basqın zamanı Məhəmməd Nasser Əbu əl-Asel adlı fələstinlini həbs etdiyi də bildirilib.

Әlaqәli Xәbәrlәr