ABŞ, Aİ, İngiltərə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi

Xatırladaq ki, tətbiq etdiyi birtərəfli sanksiyalara görə ABŞ vaxtaşırı xam neft daşıyan İran tankerlərini müsadirə edir və nefti hərrac yolu ilə bu gəmilərlə birlikdə satmağa çalışır

2024234
ABŞ, Aİ, İngiltərə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi

 

  ABŞ-ın Yaxın Şərq və Bəhreyndə yerləşən V donanmasının sözçüsü Timoti Hokins (Timothy Hawkins) Hörmüz boğazında üzən gəmilərə İranın ərazi sularından mümkün qədər uzaq durmaq xəbərdarlığı edib: “ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq Dəniz Təhlükəsizliyi Koalisiyası regiondakı gərginlik səbəbindən gəmiləri ələkeçirmə riskini azaltmaq üçün müvafiq tədbirlər haqqında dənizçiləri məlumatlandırıb".

  Qlobal özəl dəniz təhlükəsizliyi firması “Ambrey” tərəfindən edilən açıqlamada da Avropa İttifaqının Hörmüz Boğazı Missiyasının (EMASOH) boğazda hücum ehtimalı ilə bağlı xəbərdarlıq edilib.

  Oxşar xəbərdarlıq Böyük Britaniya Dəniz Ticarət Təşkilatının (UKMTO) saytında da verilib.

  Xatırladaq ki, tətbiq etdiyi birtərəfli sanksiyalara görə ABŞ vaxtaşırı xam neft daşıyan İran tankerlərini müsadirə edir və nefti hərrac yolu ilə bu gəmilərlə birlikdə satmağa çalışır. İran da öz növbəsində Fars körfəzi ətrafında neft daşıyan tankerlərə "dəniz qaydalarına əməl etmədikləri" maddəsi ilə müdaxilə edir.



Әlaqәli Xәbәrlәr