Fələstinə Səudiyyə Ərəbistanının ilk diplomatı təyin edilib

Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin məlumatında bildirilib

2023729
Fələstinə Səudiyyə Ərəbistanının ilk diplomatı təyin edilib

 

  Səudiyyə Ərəbistanı İordaniya diplomatik missiyasının rəhbəri Naif əl-Sudeyri eyni zamanda Fələstinə səfir təyin edilib. Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

  Səudiyyə Ərəbistanının İordaniyadakı səfiri Naif əl-Sudeyri etimadnaməsini Fələstin prezidentinin diplomatik müşaviri Məcdi əl-Xalidiyə təqdim edib, Fələstin dövlətində eyni vaxtda səfir və Qüds şəhərindəki baş konsul kimi. Etimadnamələrin təqdimetmə mərasimi Fələstinin Əmmandakı səfirliyinin binasında reallaşıb.

  Naif əl-Sudeyri Fələstində Səudiyyə Ərəbistanının maraqlarını təmsil edən ilk diplomat sayılır.

 



Әlaqәli Xәbәrlәr