Volodimir Zelenski: ''Rusiya Zaporejya şəhərinə hücum etdi''

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Zaporojya şəhərinə təşkil etdiyi hücum nəticəsində 1 nəfərin həyatını itirdiyini bildirib.

2023332
Volodimir Zelenski: ''Rusiya Zaporejya şəhərinə hücum etdi''

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Zaporojya şəhərinə təşkil etdiyi hücum nəticəsində 1 nəfərin həyatını itirdiyini bildirib.
Bu barədə Volodimir Zelenski teleqram kanalında paylaşım edib.
Ukrayna lideri bildirib ki, Zaporojya şəhəri hər gün Rusiyanın hücumlarına məruz qalır.
Rusiyanın Zaporojyeyə dünən (10 avqust cümə axşamı) hücum etdiyini qeyd edən Volodimir Zelenski deyib: "Hücum nəticəsində mülki binada yanğın baş verib. 1 nəfər həyatını itirib. Başımız sağ olsun! Yaralananlar da var. Müvafiq xidmətin əməkdaşları hadisə yerində lazımi işləri davam etdirir və insanları xilas edirlər''.
Ukraynanın daxili işlər naziri İqor Klimenko da hücumda bir qadının öldüyünü, biri ağır olmaqla 9 nəfərin yaralandığını bildirib.
Ukrayna çərşənbə axşamı Rusiyanın Zaporojye şəhərinə hücum etdiyini, hücumda 3 nəfərin öldüyünü, 9 nəfərin yaralandığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr