Havay adasında meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı 53 nəfərə çatıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Havay əyalətində Böyük Ada və Maui adalarında davam edən meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı 53 nəfərə çatıb.

2023362

Səlahiyyətlilər iki adada baş verən yanğınlarda həyatını itirənlərin sayının artdığını, itkin düşənlərin tapılması istiqamətində  axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.
Çərşənbə axşamı başlayan yanğınlar nəticəsində 1700-ə yaxın binanın dağıldığı, minlərlə adamın bölgədən təxliyə edildiyi bildirilib.
2000 sərnişin ləğv edilən uçuşlar səbəbindən Maui Beynəlxalq Hava Limanında qapalı qalıb.
Rəsmilər 4000 nəfərin Honolulu Konqres Mərkəzində sığındığını bildirib.
ABŞ prezidenti Co Bayden və xanımı Cil Bayden “Yaxınlarını itirən ailələr üçün dua edirik'' deyərək yanğında həyatını itirənlərin ailələrinə başsağlığı veriblər.
Qeyd edək ki, Co Bayden Mauini yanğın səbəbindən "fəlakət zonası" elan edərək, yanğınlardan zərər çəkənlərə təzminat ödəniləcəyini bildirib.

Әlaqәli Xәbәrlәr