Volker Türk İraqda teleqramın bloklanmasına münasibət bildirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk İraqda teleqram messencerinin bloklanmasınına münasibət bildirib.

2022748
Volker Türk İraqda teleqramın bloklanmasına münasibət bildirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk İraqda teleqram messencerinin bloklanmasınına münasibət bildirib.
Volker Türk İraqda teleqramın bloklanmasını söz azadlığının məhdudlaşdırılması kimi qiymətləndirib və bunun insan hüquqlarına zidd olduğunu qeyd edib.

BMT rəsmisi paytaxt Bağdadda İraq rəsmiləri ilə keçirdiyi görüşlərdən sonra mətbuat konfransı təşkil edib.

Volker Türk İraqdakı həbsxanalarda yaşandığı iddia edilən işgəncələrlə bağlı həyata keçiriləcək islahatla əlaqədar ölkə səlahiyyətliləri ilə ortaq fikrə malik olduqlarını qeyd edib.
Volker Türk İraqın müxtəlifliyi və gözəlliyi ilə füsunkar bir tarixə malik olduğunu dilə gətirib.
O,  İraq hökumətinin teleqram messencerinin bloklanması ilə bağlı sualı belə cavablandırıb: "Hər hansı söz azadlığını məhdudlaşdırmaq insan hüququna və azadlıqlarına ziddir". 

Avqustın 7-də İraqa səfər edən Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bu ölkənin Baş naziri Məhəmməd Şiya es-Sudani, parlament sədri Məhəmməd Halbusi ilə digər rəsmi şəxslərlə görüşüb. O, həmçinin bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də bir araya gəlib.



Әlaqәli Xәbәrlәr