Çin Aİ ilə münasibətlərinə yeni təkan çağırışı etdi

Çinin xarici işlər naziri Vanq Yi Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cosep Borrell ilə telefonda danışıb

2021031
Çin Aİ ilə münasibətlərinə yeni təkan çağırışı etdi

 

  Çin Avropa İttifaqı (Aİ) ilə münasibətlərinə yeni təkan vermək üçün institusional dialoqun artırılmasına çağırıb.

  “Sinxua” informasiya agentliyinin xəbərinə görə, Çinin xarici işlər naziri Vanq Yi Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cosep Borrell ilə telefonda danışıb. Söhbət zamanı Vanq Çin və Aİ arasında hərtərəfli strateji tərəfdaşlığın inkişafına yeni təkan vermək üçün institusional dialoqun artırılması çağırışını səsləndirib.

  Aİ-nin Çinlə yaxşı münasibətləri inkişaf etdirmək və saxlamaq istədiyini bildirən C.Borrell deyib: “Aİ-nin “Qlobal keçid strategiyası” və Çinin “Bir kəmər, bir yol” təşəbbüsü rəqib deyil, bir-birini tamamlayan və dünya inkişafını təşviq etmək məqsədi daşıyır. İki dəfə təxirə salınan Çin səfərimi səbirsizliklə gözləyirəm. Bu zaman keçiriləcək Çin-Avropa İttifaqı başçılarının sammitinə hazırlıq məqsədilə tərəflər arasında ən qısa zamanda strateji dialoqa başlamaq istəyirik”.

  Xatırladaq ki, Cozep Borrell yeni növ koronavirusa (Covid-19) tutulduğu üçün 2023-cü ilin aprelində Pekinə planlaşdırılan səfəri təxirə salındı. İkinci dəfə isə iyulun əvvəlində səfər planlaşdırıldı ki, bu da Çin tərəfindən ləğv edildi. Səfərin ləğvinə Çinin sabiq xarici işlər naziri Çin Qanqın işdən çıxarılmasının səbəb olduğu deyilir.



Әlaqәli Xәbәrlәr