Səudiyyə Ərəbistanı vətəndaşlarını təcili Livanı tərk etməyə çağırıb

Səudiyyə Ərəbistanının Livandakı səfirliyi öz vətəndaşlarını Livan ərazisini tərk etməyə  və onları silahlı münaqişələrin yaşandığı bölgələrə yaxınlaşmamağa çağırıb.

2020521

Bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyinin yaydığı məlumatda bildirilib.

Səfirlik silahlı münaqişələrin müşahidə olunduğu ərazilərdə olma təhlükəsi barədə xəbərdarlıq edir, həmçinin vətəndaşları Livan ərazisini dərhal tərk etməyə çağırır.

Bundan əlavə, səfirlik Səudiyyə Ərəbistanı vətəndaşlarına Livana səyahət qadağasına hörmət etməyin vacibliyini xatırladıb.

Qeyd edək ki, Livanda fələstinli qaçqınların yaşadığı Ayn-əl-Halvada düşərgəsində iyulun 29-dan etibarən fələstinlilər ilə ''Fəth'' hərəkatının üzvləri arasında yaşanan qarşıdurmalarda 12 nəfər ölüb, 60-dan çox adam da yaralanıb.

Livan tərəflərinin vasitəçiliyi ilə iyulun 31-də düşərgədəki fələstinli qruplar arasında atəşkəsin əldə olunduğu elan edilib. Buna baxmayaraq, tərəflər arasında vaxtaşırı münaqişələr davam edir

Әlaqәli Xәbәrlәr