Nigerdə son vəziyyət

İyulun 26-da Nigerdə ​​çevriliş edən hərbi xunta yeni bəyanat yayıb.

2020121
Nigerdə son vəziyyət

İyulun 26-da Nigerdə ​​çevriliş edən hərbi xunta yeni bəyanat yayıb.

Bəyanatda Fransa ilə imzalanan bütün hərbi əməkdaşlıq və protokollara son qoyulduğu açıqlanıb.

Nigerin Paris, (Nigeriyanın paytaxtı) Abuca və Vaşinqtondakı səfirlərinin də işdən çıxarıldığı bildirilib.

Bəyanatda xunta rəhbərliyi Qərbi Afrika Dövlətləri İqtisadi Birliyini (ECOWAS) da təhdid edərək, Nigerə ​​hərbi əməliyyat olacağı təqdirdə üzv dövlətlərdən birinə qəfil hücum edəcəklərini bildirib.

Nigerdə ​​"France 24" kanalının və Fransanın RFI radiosunun da yayımları kəsilib. Fransa Xarici İşlər Nazirliyi Nigerdəki hərbi xuntanın bu kanalların yayımını dayandırmasını pisləyib.

Niger prezidenti Məhəmməd Bazum Amerikanın "Washington Post" qəzeti üçün yazdığı məqalədə beynəlxalq ictimaiyyətdən və ABŞ-dan kömək istəyib.

Bazum çevrilişin dünya üçün dağıdıcı nəticələri olacağını vurğulayıb.

ECOWAS ölkələrinin qərargah rəisləri Nigeriyanın paytaxtı Abucada görüşüblər. 
Yayılan bəyanatda Nigerdə ​​demokratiyanı bərpa etmək əzmi vurğulanıb.

Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojin Nigerdə ​​hərbi çevrilişə dəstək bəyanatı verib.

Niger xalqının yoxsulluğa sürükləndiyini iddia edən Priqojin "Nigerdə ​​dəyişiklik lazım idi" deyib.



Әlaqәli Xәbәrlәr