Mateuş Moravetski: ''Belarus ərazisində 4 minə yaxın "Vaqner" döyüşçüsü var''

Polşanın baş naziri Mateuş Moravetski bildirib ki, hazırda Belarus ərazisində 4 minə yaxın "Vaqner" döyüşçüsü var.

2019885
Mateuş Moravetski: ''Belarus ərazisində 4 minə yaxın "Vaqner" döyüşçüsü var''

Polşanın baş naziri Mateuş Moravetski bildirib ki, hazırda Belarus ərazisində 4 minə yaxın "Vaqner" döyüşçüsü var.
Mateuş Moravetski Polşa-Litva sərhədində yerləşən Suvalki qəsəbəsində Litva prezidenti Qitanas Nauseda ilə görüşüb.
Mateuş Moravetski təşkil edilən birgə mətbuat konfransında Qitanas Nauseda ilə ''Vaqner'' qrupu məsələsini müzakirə etdiklərini bildirib.
''Vaqner'' qrupunun son dərəcə təhlükəli olduğunu vurğulayan Mateuş Moravetski deyib: ''Əldə etdiyimiz məlumatlara görə Belarus ərazisində 4 minə yaxın ''Vaqner'' döyüşçüsü var''.
Mateuş Moravetski deyib ki, ''Vaqner''in mövcudluğu Rusiya üçün Polşa və onun müttəfiqlərinin reaksiyasını yoxlamaq üçün bir üsuldur.
Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin iyun ayında döyüşçülərilə birlikdə Rusiya administrasiyasına qarşı silahlı üsyana başlayıb. Belarus prezidenti Aleksandr Lukaşenkonun təşəbbüsü ilə üsyanın qarşısı alınıb.
“Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin iyulun 19-da bir qrup muzdlu əsgərin Belarus ərazisinə daxil olduğunu və Belarus ordusuna təlim keçdiyini bildirib.
Belarus ordusunu “dünyanın ikinci ordusu” edəcəyinə söz verən Priqojin lazım gələrsə, onların yanında olacaqlarını bəyan edib.



Әlaqәli Xәbәrlәr