“1200 nigeriyalı Sahara və Aralıq dənizdə həlak olub”, K.Nandap

Nigeriya İmmiqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) baş müfəttişi Kemi Nandap nigeriyalı gənclərin daha yaxşı həyat yaşamaq üçün qeyri-qanuni yollarla xaricə miqrasiya etməyə çalışarkən həyatını itirdiyini bildirərək deyib...

2018437
“1200 nigeriyalı Sahara və Aralıq dənizdə həlak olub”, K.Nandap

 

  2023-cü ildə ən azı 1200 nigeriyalı Sahara səhrası və Aralıq dənizi vasitəsilə köç etmək istəyərkən həlak olub.

  Nigeriya İmmiqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) baş müfəttişi Kemi Nandap nigeriyalı gənclərin daha yaxşı həyat yaşamaq üçün qeyri-qanuni yollarla xaricə miqrasiya etməyə çalışarkən həyatını itirdiyini bildirərək deyib: “İOM məlumatlarına görə, ən azı 1200 nigeriyalı Sahara səhrası və Aralıq dənizi vasitəsilə köç etmək istəyərkən ölüb. Nigeriyalıların bu təhlükəli səfərlərdə can itkisi, xüsusilə də Qərbə qaçmağa çalışan gənclərin faciəsini göstərir. Təxminən 216 milyon əhalisi olan Afrikanın ən böyük ölkəsi olan Nigeriyada insanlar iqtisadi böhran və təhlükəsizlik problemləri səbəbiylə çətin şərtlər altında həyatda qalmaq üçün mücadilə verir. Ölkənin şimal-şərqindəki terror təşkilatı Boko-Haram ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar milyonlarla nigeriyalını evlərindən didərgin salır”.



Әlaqәli Xәbәrlәr