İƏT xarici işlər nazirləri Qurana hücumları müzakirə edəcəklər

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsveç və Danimarkada Qurani-Kərimə edilən hücumları müzakirə etmək üçün onlayn iclas keçirəcək.

2017849
İƏT xarici işlər nazirləri Qurana hücumları müzakirə edəcəklər

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsveç və Danimarkada Qurani-Kərimə edilən hücumları müzakirə etmək üçün onlayn iclas keçirəcək.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iclasda Avropada islamafobiyanın artması və İƏT-ə üzv dövlətlərin bu mənfur hücumlara qarşı ortaq mövqe nümayiş etdirməsi kontekstində İƏT tərəfindən atılacaq konkret addımlar müzakirə olunacaq. 

Açıqlamada xarici işlər naziri Hakan Fidanın bu gün keçirilməsi planlaşdırılan İƏT növbəti xarici işlər nazirlərinin iclasına onlayn şəkildə qatılacağı paylaşılıb.

İsveç və Danimarkada son dövrlərdə Qurani-Kərimə qarşı hücumlar artarkən, bu təxribatların polisin himayəsi altında və səlahiyyətli orqanların icazəsi ilə həyata keçirilməsi reaksiya ilə qarşılanır.



Әlaqәli Xәbәrlәr