Yəməndə humanitar böhran dərinləşir

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı maliyyə çatışmazlığı səbəbindən Yəməndəki fəaliyyətlərini dayandırmaq qərarına gəlib.

2017712
Yəməndə humanitar böhran dərinləşir

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı maliyyə çatışmazlığı səbəbindən Yəməndəki fəaliyyətlərini dayandırmaq qərarına gəlib. Qərarın Yəməndə qida çatışmazlığından əziyyət çəkən 2,5 milyona yaxın insana mənfi təsir edəcəyi bildirilib.
Siyasi qeyri-sabitliyin yaşandığı Yəməndə humanitar böhranı dərinləşdirəcək daha bir hadisə baş verib.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı gələn aydan etibarən qida çatışmazlığının qarşısının alınması proqramını dayandıracağını açıqlayıb.

Səbəb kimi mövcud resursların azalması və maliyyə çatışmazlığı göstərilib.

Bildirilib ki, növbəti 6 aylıq plan üçün tələb olunan maliyyə vəsaiti 1 milyard dollar hesab edilsə də, bu məbləğin 28 faizi toplanıb.

Ümumdünya Ərzaq Proqramının dərc etdiyi hesabata görə, qərar Yəməndə qida çatışmazlığından əziyyət çəkən təxminən 2,5 milyon insana təsir edəcək.

Beynəlxalq yardımın azalması həm də Yəməndə qıtlıq yaranmasına da səbəb olur.

Yəmənin mərkəzi hissəsindəki Maribdə qıtlıq ola biləcəyi bildirilib.

Yəmən səlahiyyətliləri yardım təşkilatlarını qida, su, sığınacaq, səhiyyə və təhsil kimi vacib xidmətləri təmin etməyə çağırıb.



Әlaqәli Xәbәrlәr