ABŞ Senatı müdafiə xərcləri haqqında qanun layihəsini qəbul edib

ABŞ Senatı 2024-cü il üçün müdafiə xərcləri haqqında qanun layihəsini qəbul edib.

2017052
ABŞ Senatı müdafiə xərcləri haqqında qanun layihəsini qəbul edib

ABŞ Senatı 2024-cü maliyyə ilində Ukraynaya hərbi yardım da daxil olmaqla 880 milyard dollardan çox müdafiə xərclərinə dair qanun layihəsini təsdiqləyib.

Bildirilib ki, Konqresin yuxarı palatasının 86 üzvü qanun layihəsinin lehinə, 11-i əleyhinə səs verib.

İyulun 14-də ABŞ Konqresinin Nümayəndələr Palatası sənədin Senat tərəfindən qəbul ediləndən fərqli olan və respublikaçılar tərəfindən hazırlanmış bəzi təşəbbüsləri özündə əks etdirən variantını təsdiqləyib. Bunlara dövlət tibbi sığortası hesabına hərbi xidmətdə olan qadınların, əgər özlərində bu prosedur qadağandırsa, digər ştatlarda abort etdirmələrinə qadağa daxildir.


Etiketlәr: #ABŞ Senatı

Әlaqәli Xәbәrlәr