Vanq Yi: "Türkiyenin regionda və beynəlxalq arenada mühüm rol oynamasını dəstəkləyirik"

Vanq Yi ölkəsinin Türkiyenin regionda və beynəlxalq arenada mühüm rol oynamasını dəstəklədiyini bildirib.

2016763
Vanq Yi: "Türkiyenin regionda və beynəlxalq arenada mühüm rol oynamasını dəstəkləyirik"

Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Xarici İşlər üzrə Mərkəzi Komissiyanın direktoru və xarici işlər naziri Vanq Yi ölkəsinin Türkiyenin regionda və beynəlxalq arenada mühüm rol oynamasını dəstəklədiyini bildirib. 

"Global Times"ın xəbərinə görə, iyulun 26-da Türkiyeyə səfəri zamanı xarici işlər naziri Hakan Fidan ilə görüşən Vanq Çinin Türkiye hökuməti ilə qarşılıqlı strateji etimadın və koordinasiyanın gücləndirilməsi üçün işləməyə hazır olduğunu dilə gətirib.

Vanq Fidanla görüşündə “Çin Türkiyenin regional və beynəlxalq arenada mühüm rolunu dəstəkləyir və Türkiyenin daxili işlərinə hər hansı xarici qüvvələrin müdaxiləsinin əleyhinədir” ifadəsini işlədib.

Türkiye hökumətinin dəvəti ilə Türkiyeyə səfər edən Vanq qeyd edib ki, inkişaf etməkdə olan bazar iqtisadiyyatları və əsas inkişaf etməkdə olan dövlətlərin nümayəndələri kimi iki ölkənin geniş birgə maraqları və əməkdaşlıq üçün böyük potensialı var.

Çin və Türkiyenin enerji, təhsil və mədəniyyət sahələrində əməkdaşlığı inkişaf etdirməyə davam etməsinin vacibliyini vurğulayan Vanq deyib:

“Çin Türkiyedən daha çox keyfiyyətli məhsul idxal etməyə, iki ölkə arasında ticarətdə yerli valyutalardan istifadəni dəstəkləməyə və daha çox Çin şirkətini Türkiyedə inkişaf etdirməyə və investisiya qoymağa təşviq etməyə hazırdır”.



Әlaqәli Xәbәrlәr