Sunak: “Qara dəniz taxıl dəhlizinin fəaliyyətini bərpa etmək üçün Türkiye ilə sıx əməkdaşlıq edirik”

İngiltərənin baş naziri Rişi Sunak Qara dəniz taxıl dəhlizinin yenidən fəaliyyətə başlaması üçün Türkiyə ilə sıx əməkdaşlıq etdiklərini bildirib.

2015907
Sunak: “Qara dəniz taxıl dəhlizinin fəaliyyətini bərpa etmək üçün Türkiye ilə sıx əməkdaşlıq edirik”

“Qara dəniz taxıl dəhlizinin fəaliyyətini bərpa etmək üçün Türkiye ilə sıx əməkdaşlıq edirik”.

Bunu İngiltərənin Baş naziri Rişi Sunak bildirib.

İngiltərənin baş naziri Rişi Sunak Qara dəniz taxıl dəhlizinin yenidən fəaliyyətə başlaması üçün Türkiyə ilə sıx əməkdaşlıq etdiklərini bildirib.

İngiltərənin Baş nazirinin 10 nömrəli ofisindən verilən açıqlamaya görə, Baş nazir Rişi Sunak və Ukrayna prezidenti Volodimir Zelenski 24 fevral 2022-ci ildən davam edən Rusiya-Ukrayna müharibəsi və Qara dəniz taxıl dəhlizindəki son hadisələri müzakirə ediblər.

İki lider Ukrayna taxılının dünya bazarına daşınması baxımından Qara dəniz Taxıl Dəhlizinin əhəmiyyəti barədə razılığa gəldiklərini qeyd ediblər.

Dəhlizin yenidən fəaliyyət göstərməsi üçün İngiltərənin Türkiye ilə sıx əməkdaşlıq etdiyini vurğulayan Sunak Rusiyanın Odessa hücumlarından "dəhşətə düşdüyünü" də bildirib.

Bu ay BMT Təhlükəsizlik Şurasının sədri olan İngiltərənin Rusiyanı qınamağa davam edəcəyini qeyd edən Sunak Rusiyanın Qara dənizdəki ticarət gəmilərini hədəf almağa davam etdiyini, İngiltərənin də tərəfdaşları ilə bu hadisələri yaxından izlədiyini bildirib.

R.Sunak İngiltərənin Ukraynaya hava hücumundan müdafiə sistemləri, ağır silahlar, raketlər və sursatlarla dəstəyini davam etdirəcəyini vurğulayıb.

İki lider Ukrayna ilə birgə bəyannamə imzalayan ölkələrin sayının artmasının Ukraynaya verilən beynəlxalq dəstəyin nümayişi baxımından əhəmiyyətli olması barədə də fikirlərini bölüşüblər.

Xatırladaq ki, Rusiya, Türkiye, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.

Rusiya iyulun 17-də "Taxıl sazişi"nin müddətinin başa çatmasını əsas gətirərək sənədin vaxtını uzatmayıb.



Әlaqәli Xәbәrlәr